XƏBƏRLƏR / Təbiət

Türkiyədə zəlzələdə ölənlərin sayı 31 min nəfəri ötdü

Bu barədə AFAD bildirib

Türkiyədə zəlzələdə ölənlərin sayı 31 min  nəfəri ötdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə zəlzələdə ölənlərin sayı 31 643 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yaralananların sayı isə 158 168 çatıb.

    Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.