Türkiyədə zəlzələdə ölənlərin sayı 44 minə çatır
Bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 43 min 556 nəfərə yüksəlib. Bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.