XƏBƏRLƏR / Fəlakət

Honq-Konqda baş verən yanğında ölənlərin sayı 128-ə çatıb

FOTOREPORTAJ/ YENİLƏNİB

Honq-Konqda baş verən yanğında ölənlərin sayı 128-ə çatıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 11:53

    Çərşənbə günü Honkonqakı yaşayış kompleksində baş verən yanğın nəticəsində azı 128 nəfər həlak olub. Ölənlər arasında yanğınsöndürənlərin də olduğu bildirilir.

    Bu barədə şəhərin təhlükəsizlik bürosunun rəhbəri Kris Tan mətbuat konfransında deyib. Yerli medianın məlumatına görə, çox sayda insan hələ də itkin düşmüş sayılır və bu səbəbdən ölənlərin sayının artacağı istisna olunmur.

    Qeyd edək ki, Honkonqun şimalında yerləşən Tay Po rayonundakı səkkizbloklu, 1900 mənzilli “Van Fuk Kort” yaşayış kompleksində yanğın binanın üzlüyünün yenilənməsi zamanı baş verib. Bambuk materialdan hazırlanan ayaqaltılardan başlayan yanğın qısa müddət ərzində genişlənib.

    ***

    09:26

    Honq Konqda baş verən yanğın nəticəsində ölənlərin sayı artıb.

    "Sinxua” agentliyi xəbər verir ki, yanğında ölənlərin sayı 94-ə çatıb.

    ***

    27.11.2025-ci il

    21:28

    Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 83-ə çatıb, onların arasında bir yanğınsöndürən də var.

    Bu barədə "South China Morning Post" nəşri yazıb.

    Qeyd olunub ki, xilasetmə əməliyyatları zamanı yanğınsöndürənlər binanın mərtəbələrindən birinin pilləkənlərində sağ qalan şəxsi xilas ediblər.

    ***

    16:54

    Honq-Konqda baş verən yanğın nəticəsində ölənlərin sayı 65-ə çatıb.

    ***

    13:45

    Hazırda 44 nəfər ölüb, 279 nəfər itkin düşüb, 29 nəfər yaralanıb, yeddi nəfər isə ağır vəziyyətdədir.

    İstintaq zamanı iki tikinti şirkətinin direktoru və bir məsləhətçi mühəndis adam öldürmə şübhəsi ilə həbs edilib.

    Hadisə yerində yanğının yayılmasını sürətləndirən bir neçə texniki qüsur, məsələn, pəncərələri örtmək üçün istifadə edilən polistirol köpük panelləri aşkar edilib.