Türkiyədə zəlzələdə ölənlərin sayı 50 min nəfərə çatıb
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib
Türkiyədə zəlzələ qurbanlarının sayı 50 min nəfərə çatıb. Bunu TDT-nin Zirvə Toplantısının açılışında çıxış edən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.