Türkiyədən Ermənistana xəbərdarlıq: Səhvi düzəldin!
"Nemesis" abidəsi ilə bağlı xarici işlər naziri Mövlud Çavuşoğlu yenə İrəvana çağırış edib
"Nemesis" abidəsi ilə bağlı xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: “Osmanlı dövründə azərbaycanlı qardaşlarımızı, əsgərlərimizi və diplomatlarımızı şəhid edən terrorçulara Ermənistanın İrəvan şəhərində heykəl qoyması qəbuledilməz bir addım idi. Biz də müəyyən tədbirlər gördük, hava məkanımızı üçüncü ölkələrə təyyarələr üçün bağladıq. Biz Ermənistanın indi bu səhvini düzəltməsini gözləyirik”.
"Əgər Ermənistan səhvini düzəltməsə, biz İrəvana qarşı müəyyən addımlar atacağıq," - Çavuşoğlu deyib