Türkiyənin "Togg" avtomobilinin satışına başlanır
Bu avtomobilin ilki Ərdoğana, sonra ikisi isə İlham Əliyevə məxsusdur
Türkiyənin ilk yerli avtomobili "Togg"un maraqla gözlənilən satış prosesi bu həftə başlayır.
Türkiyənin 60 illik avtomobil xəyalı gerçəkləşir. Sənaye və Texnologiya nazirinin müavini Mehmet Fatih Kacır "Togg"un bu həftə satışa çıxarılacağını bildirib.
"Togg"un texnologiya təşəbbüskarları üçün də ilham olduğunu vurğulayan Kacır ""Togg" ilə yeni bir istehsal "səyahət"inə çıxacağıq. Allahın izni ilə Türkiyənin "Togg" avtomobili bu həftə satışa çıxarılacaq. "Toqq"un qarşıdakı günlərdə millətimizlə görüşü olacaq. "Togg" dünyanın ən uğurlu avtomobilidir. O yalnız elektrikli avtomobil markalarından biri olmayacaq, o həmçinin bir çox texnoloji təşəbbüslərin doğulmasına vəsilə olacaq" deyib. Qeyd edək ki, "Togg"un elektrikli avtomobil proqram və avadanlıqları da bu ölkənin milli şirkətləri tərəfindən həyata keçirilir.
Qeyd edək ki, “Togg”un seriya istehsalına oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. İlin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilə qədər 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.
“Togg”un vergisiz qiymətinin maksimum 1 249 999 TL (112 121 AZN) olması gözlənilir.