XƏBƏRLƏR / Siyasət

Türkmənistan Prezidenti Azərbaycana gəldi

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb

Türkmənistan Prezidenti Azərbaycana gəldi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu gün Azərbaycana səfərə gəlib. Hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.