BLOQ

Üç nəsihət

Sözünüzü dinləyəcək, dinləyib başa düşəcək adamlara vaxt ayırın!

Üç nəsihət
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Üç nəsihət

    Ovçu bir quş tutub bişirib yemək istəyir. Quş ovçuya baxıb deyir: Sən hər ovun dadına baxmısan, gəl sənə qızıldan qiymətli üç nəsihət edim, bir gün mütləq işinə yarar.

    Ovçu razı olur. Quş deyir: Amma birini əlində, birini pəncərəyə, birini də budağa qonduqda deyəcəm. Ovçu buna da razılaşır.

    Quş deyir: Kim sənə olmayacaq bir şey desə, əsla inanma! Ovçu deyir: “Qəbul!”.

    Quş pəncərəyə qonub deyir: “Əlindən çıxan üçün heç vaxt təəssüflənmə!”. Ovçu deyir: “Bunu da  da başa düşdüm”.

    Quş budağa qonub deyir: “Ziyan etdin, ey adam, qarnımda 10 dirhəm də qızıl var idi, ey cahil”. Ovçu bunu eşitcək təəssüflənir.

    Quş cahil ovçuya istehza ilə deyir: Olmayacaq şeyə inanma demişdim, demək ki, anlamadln, əlindən çıxan şey üçün təəssüflənmə demişdim, demək ki, bunu da anlamadın. Bir dirhəm ağırlığında bir quşam, ey cahil, 10 dirhəm necə qarnıma sığar!?”.

    Ovçu gözlərini döyərək deyir: “Sən də əldən getdin, bəs üçüncü nəsihət?”. Quş deyir: “Bu iki nəsihəti anlamayanda demək ki, üçüncünü anlayacaq baş yoxdur”.

    * Ağlını işlətməyən adamlar altı dəlik qab kimidirlər, nə qədər su töksən, axıb gedər. Sözünüzü dinləyəcək, dinləyib başa düşəcək adamlara vaxt ayırın!