XƏBƏRLƏR / Münaqişə

Ukrayna Rusiyanın neft emalı zavodlarını vurdu

Bu barədə Ukrayna monitorinq resursları xəbər yayıb

Ukrayna Rusiyanın neft emalı zavodlarını vurdu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünən gecə Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Krasnodar diyarındakı hədəfləri vuraraq iki neft emalı zavodunda yanğınlara səbəb olub.

    Regional əməliyyat qrupu rəsmi olaraq vurulan dronların qalıqlarının iki sənaye obyektində yanğınlara səbəb olduğunu təsdiqləyib, lakin onların dəqiq adlarını açıqlamaqdan imtina edib. Bu arada, Ukrayna monitorinq resurslarına görə, diyarın Severski rayonunda yerləşən Afipski və İlski neft emalı zavodları gecə hücumunun əsas hədəfləri olub.

    Bundan əlavə, Krasnodardan 16 kilometr aralıda yerləşən Afipski kəndinin yerli sakinləri sosial mediada xəsarət alanlar və dronlardan birinin Puşkin küçəsindəki yaşayış məntəqəsinə düşdüyü barədə məlumat veriblər. Dağıntıların miqyası və yaralananların dəqiq sayı barədə rəsmi məlumatlar hazırda dəqiqləşdirilir.