XƏBƏRLƏR / Qayıdış

Xankəndidə avtomat, pulemyot və qumbaralar tapıldı

DİN xəbər verir

Xankəndidə avtomat, pulemyot və qumbaralar tapıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar tapıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 1-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.