XƏBƏRLƏR / Qayıdış

Xankəndidə xeyli sayda silah və sursat aşkarlanıb

DİN xəbər verir

Xankəndidə xeyli sayda silah və sursat aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 3-də polis əməkdaşları Xankəndidə 8 silah aşkarlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Keçirilən tədbirlər nəticəsində Xankəndi şəhəri ərazisində 6 avtomat silahı, 2 tüfəng, 3 qumbara, 5 alışdırıcı, 44 patron darağı, 10 mərmi, 1690 müxtəlif çaplı patron və digər sursatlar aşkarlanaraq götürülüb.