Xaricdə yaşayan soydaşlarımız seçkilərdə iştirak edib
Xarici ölkələrdə seçki prosesi
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın xarici ölkələrdəki nümayəndəliklərində səsvermə keçirilib.
Ölkədən kənarda yaşayan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarını təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyində yaradılan məntəqə seçki komissiyasında başlayıb.
Türkiyədə yaradılan seçki məntəqələrində seçicilərin fəallığı müşahidə olunub.
Qeyd edək ki, prezident seçkiləri üzrə xarici ölkələrdən ən çox seçki məntəqəsi qurulan ölkələrdən biri Türkiyədir.
Azərbaycanın Rusiyadakı səfirliyindəki seçki məntəqəsində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesi baş tutub.
Prezident seçkiləri ilə əlaqədar Kiyevdə 600-ə yaxın Azərbaycan vətəndaşı səsvermədə iştirak edib.
Azərbaycanın Fransadakı Səfirliyində də seçki prosesi baş tutub.
Bu barədə Azərbaycanın Parisdəki səfiri Leyla Abdullayeva “X” hesabında paylaşım edib.