XƏBƏRLƏR / Təbiət

Xəbərdarlıq: Geomaqnit qasırğası gözlənilir

Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib

Xəbərdarlıq: Geomaqnit qasırğası gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hazırda geomaqnit sahəsi sakitdir.

    Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

    Qeyd edilib ki, Günəş küləyinin sürətinin mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.

    Geomaqnit sahəsinin CH HSS-in təsiri ilə 31 may - 1 iyun tarixlərində aktiv olacağı, 1-4 iyun tarixlərində isə geomaqnit qasırğası (G1) gözlənilir.