XƏBƏRLƏR / Siyasət

XİN: ABŞ erməniləri Konqresə yalan məlumatlar təqdim edir

ABŞ Konqresində irəli sürülən birtərəfli qətnamələr Ermənistanla sülh danışıqlarına zərər vurur

XİN: ABŞ erməniləri Konqresə yalan məlumatlar təqdim edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Laçın” sərhəd buraxılışı məntəqəsinin təsis edilməsi ilə əlaqədar ABŞ-da fəaliyyət göstərən radikal erməni təşkilatları Konqres üzvlərinə həqiqətə uyğun olmayan və əsassız məlumatlar təqdim edir.

    XİN-dən verilən xəbərə görə, bunu ABŞ-da səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Senatının üzvləri Senator Tom Koton, Senator Ben Kardin, Konqresin Nümayəndələr Palatasının üzvləri Cək Berqmən, Çak Flayşmən, Mayk Ezel və Robert Aderholt ilə görüşlərində bildirib.

    O, həmçinin, bu çərçivədə ABŞ Konqresinin üzvləri tərəfindən birtərəfli və ABŞ-ın milli maraqlarına xidmət etməyən qətnamələrin irəli sürülməsinin iki ölkə arasında əlaqələrlə yanaşı, hazırda davam edən sülh danışıqlarına da zərər verdiyini vurğulayıb.