BLOQ

Niyə ermənilərə yol var, bizə yox...

Ağdamdan Xankəndinə, oradan da Şuşaya cəmi 39 km-dir

Niyə ermənilərə yol var, bizə yox...
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dəqiq bilirəm ki, Bakıdan Bərdəyə, oradan da Ağdamın ortasından kecərək Şuşaya qədər yol məsafəsi 365 km-dir. Təzə yolu bilmirəm. Onu da dəqiq bilirəm ki, Ağdamdan Xankəndinə 28 km, oradan da Şuşaya 11 km-dir: 28+11=39. Yəni Agdamdan Şuşaya cəmi 39 km yol məsafəsidir.

    Əgər Xankəndində yaşayan ermənilər Rus sülhməramlıların nökərçiliyi ilə Qafana, İrəvana və yaxud əksinə sərbəst gedib-gələ biləcəklərsə, onda məsələ qaldıraq, bizə də nökərçilik etsinlər. Biz də öz dədə-baba
    yolumuzla sərbəst Şuşaya, Laçına getmək istəyirik. Bu, şuşalıların və Şuşa ətrafinda yaşamış və hal-hazırda işğal altında olan 26 kənd - Kosalar, Xəlfəli, Qaybalı, Şırlan, Malıbəyli, Quşçular, Cəmilli, Canhəsən, ümumiyyətlə, hər bir kənd və rayon sakinlərinin tam hüququdur. Hər bir laçınlının tam hüququdur.

    Əgər Xankəndində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlarsa, onda biz kimik? Hər halda, dovşan balaları da deyilik, biz də Azərbaycan vətəndaşıyıq. Bizim də qəbiristanlığımız var, ziyarət ediləcək ağır ocaqlarımız var, ibadət ediləsi yerlərimiz var. Qocalarmız var, xəstələrimiz var, əlillərimiz var, şəkəri, təzyiqi olanı var, uzun yolu gedə bilmirlər. Bir də ki, 39 km-i qoyub niyə uzun yolu getməlidirlər ki?

    ANS Press: Hal-hazırda Füzuli rayonunun Əhmədbəyli kəndindən Şuşaya 101,5 km yol gedirik. Lakin nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Azay Kərimovun dedikləri ilə razı deyil. Ekspertin bununla bağlı müsahiəbəsi az sonra ANS Press-də dərc olunacaq.