BLOQ

Yük və sərnişin daşımaları artıb

Əvvəlki ilin eyni dövrü ilə müqayisə

Yük və sərnişin daşımaları artıb
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 2023-cü ilin yanvar-sentyabr ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq
    5,9 faiz və 17,1 faiz artmışdır.

    Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 166,9 milyon ton yük daşınmışdır. Yüklərin 4,2 faizi dəniz, 8,2 faizi dəmir yolu, 0,1 faizi hava, 56,7 faizi avtomobil nəqliyyatı, 30,8 faizi isə boru kəməri ilə daşınmışdır.
    Yük daşınmasının nəqliyyat növləri üzrə strukturu faizlə:

    Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,2 faiz artmış, daşınmış yüklərin
    ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,4 faiz təşkil etmişdir.

    2023-cü ilin yanvar-sentyabr aylarında nəqliyyatçılar 1364,0 milyon sərnişinə xidmət göstərmişlər. Sərnişinlərin 88,0
    faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınmışdır.

    Dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-sentyabr aylarında 13,7 milyon ton yük, 4915,7 min sərnişin daşınmış, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,5 faiz, sərnişin daşınmasında isə 45,5 faiz artım müşahidə olunmuşdur. Orta hesabla sutkada 408 vaqon yüklənmiş, 420 vaqon isə boşaldılmışdır.

    Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 20,7 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə
    isə 0,7 min ton yüklənmə işi yerinə yetirilmişdir.

    Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-sentyabr aylarında daşınmış yüklərin həcmi 6953,5 min ton təşkil etmiş və əvvəlki
    ilin müvafiq dövrünə nisbətən 22,8 faiz artmışdır. Yüklərin 56,4 faizini neft yükləri təşkil etmişdir.

    Dəniz limanları tərəfindən 10021,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 8277,1 min
    tonunu və ya 82,6 faizini tranzit yüklər təşkil etmişdir.

    2023-cü il oktyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 342,0 min ton olmuşdur. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artaraq 17,9 min nəfər olmuşdur.

    Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan ????avtomobil nəqliyyatı ilə 94,7 milyon ton yük, 1200,2 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,2 faiz və 18,4 faiz artım qeydə
    alınmışdır. Sərnişinlərin 94,7 faizi avtobus, 5,3 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Yük dövriyyəsi 5,0
    faiz, sərnişin dövriyyəsi isə 18,0 faiz artmışdır.

    Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6,9 faiz artaraq 156,8 milyon nəfər olmuşdur.

    Hava nəqliyyatı ilə 2170,5 min və ya 31,0 faiz çox sərnişin daşınmış, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmişdir. Bu nəqliyyat növü ilə yükdaşıma 24,1 faiz azalaraq 247,9 min ton olmuşdur.

    Magistral neft kəmərləri ilə 29787,7 min ton neft nəql edilmişdir. Nəqletmənin 76,1 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilmiş və cari ilin yanvar-sentyabr ayları ərzində bu kəmər vasitəsilə 22665,1 min ton neft ötürülmüşdür. Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,1 faizini və ya 18844,8 min tonunu Azərbaycanda hasil edilən neft, 16,9 faizini və ya 3820,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil etmişdir.

    Magistral qaz kəmərləri ilə 29954,4 milyon kub-metr qaz nəql edilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artım müşahidə olunmuşdur. Qazın nəqlinin 54,8 faizi Bakı￾Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 16419,0 milyon kub-metr qaz ötürülmüşdür.

    2023-cü ilin yanvar-avqust aylarında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 21861,7 min ton olmuşdur. Yüklərin 9908,5 min tonu və ya 45,3 faizi dəmir yolu nəqliyyatı, 6198,3 min tonu və ya 28,4 faizi avtomobil nəqliyyatı, 5754,9 min tonu və ya 26,3 faizi dəniz nəqliyyatı ilə daşınmışdır. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 57,7 faizini və ya12608,8 min tonunu tranzit yüklər təşkil etmişdir.