XƏBƏRLƏR / Münaqişə

Yunanıstanın Baş naziri İsrailə səfər edib

Mitsotaki Binyamin Netanyahu ilə görüş keçirəcək

Yunanıstanın Baş naziri İsrailə səfər edib
Kiriakos Mitsotakis
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis İsrailə səfər edib.

    Bu barədə məlumat Yunanıstan Nazirlər Kabinetinin rəsmi internet səhifəsində yer alıb.

    Mitsotakis Qüdsdə İsrail hökumətinin başçısı Binyamin Netanyahu ilə görüş keçirəcək.

    Yunanıstanın hökumət rəhbəri günün ikinci yarısında Afinaya qayıdacaq.