XƏBƏRLƏR / Təbiət

Zəlzələ qurbanlarının sayı 9000-ə çatır

Bu barədə Türkiyə mənbələri xəbər verir

Zəlzələ qurbanlarının sayı 9000-ə çatır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 15:05

    Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfərə çatıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, təbii fəlakət zamanı 49 133 nəfər yaralanıb, 6444 bina dağılıb. 

    ***

    Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqda davam edir. Təbii fəlakət zamanı ölənlərin sayı 7694 nəfərə çatıb. 

    Son məlumatlara görə, yaralı sayı 34 810 nəfərdir.

    Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.