XƏBƏRLƏR / İctimaiyyət

Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib

Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

    “Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi –Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – məlumatda diqqətə çatdırılıb.