XƏBƏRLƏR / Qayıdış

İlin sonuna kimi Qarabağa 20 min insan qayıdacaq

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi xəbər verir

İlin sonuna kimi Qarabağa 20 min insan qayıdacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü ilin sonuna kimi 20 min insanın Qarabağa köçürülməsi planlaşdırılır.

    Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, köçürülmə prosesi 27 yaşayış məntəqəsini - 20 kənd və 7 şəhəri əhatə edəcək.

    “Yaxın vaxtlarda Şuşada, o cümlədən Xocalıda, Cəbrayılda, Kəlbəcərdə və Zəngilanda da köçürülməyə başlanacaq, ilin sonunadək proses işğaldan azad edilmiş bütün əraziləri əhatə edəcək”, - o, “Xalq qəzeti”nə müsahibəsində deyib.