ABŞ Türkiyədəki konsulluğundan işçiləri təxliyə edir
Bu sərəncamı ABŞ Dövlət Departamenti verib
ABŞ təhlükəsizlik təhdidləri səbəbindən Türkiyədəki konsulluğundan vacib olmayan işçiləri təxliyə edir.
ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri səbəbindən Türkiyənin Adana şəhərindəki ABŞ Baş Konsulluğundan vacib olmayan diplomatik işçilərin və onların ailələrinin təxliyə edilməsinə sərəncam verib.
Türkiyənin cənub-şərqində yerləşən Amerika vətəndaşlarına da bölgəni mümkün qədər tez tərk etmələri tövsiyə olunur. Bundan əlavə, Adanadakı ABŞ Baş Konsulluğu bütün konsulluq xidmətlərini dayandırıb.
ABŞ vətəndaşlarına Ankaradakı səfirlikdə və ya İstanbuldakı ABŞ Baş Konsulluğunda konsulluq yardımı almağı tövsiyə olunur.
1 dəqiqədən az