
11:25
Bu gün səhər saat 8 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
Qeyd olunub ki, təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.
Məlumata görə, müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) müvafiq şöbələrinə yerləşdiriliblər.
Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Bərdə RMX-da müalicəsi davam edən şəxslər Gülüstan Həsənova, Zabil Əliyev və Gövhər Mehdiyevadır.
Qeyd edək ki, xəsarət alanlar aşağıdakılardır:
Şirinova Ruhiyyə Zakir qızı - 1977
Mehdiyeva Gövhər Əvəz qızı - 1959
Xudiyeva Elnaz Kamil qızı - 1980
Əliyeva Əfsanə Hacı qızı - 1995
Əliyev Zabil Museyib oğlu - 1977
Əliyev Vidadi Əbduləli oğlu - 1973
Əbilova Manya Bəndalı qızı - 1983
Həsənova Gülüstan Sahib qızı - 1987
Bayramova Xatirə İbrahim qızı - 1968
Salahova İlhamə Muxtar qızı - 1971
Mehdiyeva Aytəkin Binnət qızı - 1962
Mehdiyeva Məryəm Binnət qızı - 1959
Məmmədova Bəsti Abbas qızı - 1967
Bəylərova Gülüzə Xatay qızı - 1967
Bəykərova Roza Xasay - 1965
Qurbanov Marış Məhəmməd qızı - 1951
Sadıqova İlhamə Əyyub qızı - 1971
Hümbətov Səadət Rza qızı - 1975
Aslanova Kəmalə Knyaz qızı - 1962
Aslanov Bayram Cəbrayıl oğlu - 1996
Şahverdiyeva Şövkət Ələstan qızı - 1971
Hüseynova Günay Kərım qızı - 1982.
***
09:06
Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilib.
Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.