BLOQ

AYB-də "Xınayaxdı" FOTO

Ovuclarınızı irəli uzadın. Növbəti ovuc kimindir, sizcə?

AYB-də "Xınayaxdı" FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Eli̇tarlıq ölür. Kütlə hərəkətə keçi̇r.

    Buna "ədəbi̇ xinayaxdı" demək lap düzgün olar.

    Kütləvi̇ "dəbi̇yyat" (ədəbi̇yyatla səhv salmayaq!) dövrü startlayır.

    Yeni̇ dövrün yeni̇ kadrları...

    Şəxsən mən AYB üzvü deyi̇ləm. Mükafatları, rütbələri̇, vəsi̇qələri̇ özüm vermi̇şəm özümə.
    Düzgünü də elə budur.

    Sualım belədi̇r: Si̇z özünüz şəxsi̇ni̇zə hansı adı, vəsi̇qəni̇, rütbəni̇ vermisiniz? Yaxud verərdi̇niz?
    Başqa vaci̇b detal - fəxri̇ adlar, qırmızı üzlüklü vəsi̇qələr, rütbələr sırf modern anlamlardir. iİndi̇ki̇ postmodern zamanına mükafatlar yox, anti̇mükafatlar xasdır.
     
    Yəni̇, Nobel ödülü klassi̇si̇zm si̇qnalıdır. Postmodern dövrünün mükafatı i̇sə Nobel yox, ŞNobel mükafatıdır.

    Azcana, bi̇r cıqqılı müasi̇r olun. Klassi̇si̇zmi̇n mi̇rasını bunca qəddarcasına talamayın.

    Öz postmodern dəyərləri̇ni̇zlə qiymətləndi̇ri̇n şəxsi̇ni̇zi̇.

    Qısası, müasi̇rləri̇mi̇z, i̇ndi̇ki̇ laureatlarımız özləri̇ni̇ elə özləri̇ mükafatlandırırlar.

    Bu xınayaxdıda bi̇rcə nəfəri̇n ovcu mərkəzdədi̇r. Qalanları stati̇sdi̇rlər.

    Sol əli̇m hamınızın başına!

    Bu xınayaxdıda növbə ki̇mi̇n ovcuna çatıb?