BLOQ

Azərbaycan-Aİ münasibətləri "deklarativ dostluq" olmamalıdır

Amerikanın"Jamestown" beyin mərkəzi məsələyə köşə yazısını həsr edib

Azərbaycan-Aİ münasibətləri "deklarativ dostluq" olmamalıdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • ABŞ-ın "Jamestown" beyin mərkəzinin məqaləsinə görə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Bakıya səfəri Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin yenidən nəzərdən keçirilməsini açıq şəkildə nümayiş etdirdi.

    Bu münasibətlərdə Bakı Orta Dəhliz boyunca enerji təhlükəsizliyi və nəqliyyat əlaqələrində strateji tərəfdaşa çevrilir. Müəlliflərin fikrincə, Brüssel nümayəndələri ölkəyə konkret maliyyə öhdəlikləri və bəyanatlarla gəlmişdilər ki, bu da Azərbaycanı etibarlı və əvəzolunmaz tərəfdaş kimi görmələrini vurğulayır.

    Avropanın Rusiya qazından imtina etməsi kontekstində enerji təchizatının şaxələndirilməsində mərkəzi rol oynayır. Məqalədə həmçinin vurğulanır ki, bu yenidənqurma artıq konkret institusional ifadəyə malikdir. Keçən ildən bəri Bakı və Brüssel 1999-cu il Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz edəcək yeni ikitərəfli çərçivə üzrə uzun müddətdir davam edən danışıqları bərpa ediblər.

    2-3 iyul tarixlərində keçirilən danışıqlar zamanı tərəflər siyasi dialoq, nəqliyyat əlçatanlığı, enerji, ticarət və rəqəmsal əməkdaşlığı əhatə edən 2026-2030-cu illər üçün bir sıra tərəfdaşlıq prioritetləri barədə ilkin razılığa gəliblər.

    Sonda tərəflər vurğulayıblar ki, əgər Azərbaycanın Aİ-dən gözlədiyi praktik addımlar qarşıdakı aylarda atılarsa, bu səfər deklarativ dostluğun növbəti mərhələsi kimi deyil, Bakı ilə Brüssel arasında daha güclü və daha balanslı tərəfdaşlığın bərpasının başlanğıcı kimi yadda qala bilər.