BLOQ

İnam paylaşmaqla imana çevrilir

İki gün sonra Fitr bayramıdır

İnam paylaşmaqla imana çevrilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Pasxa günü kilsə qarşısında uzun növbə var idi. Kilsəyə gələnlərin səbətlərində təzə dadlı kökələr, bulkalar və s. var idi. Hər yeri gözəl qoxu bürümüşdü...

    Onlar tindən qarıı özündən əvvəl çıxan qırmızı yanaqlı müqəddəs atanı gözləyirdilər ki, bişirdiklərinə xeyir-dua versin. Bu dəmdə ac küçə itlərindən biri insanlara yaxınlaşır, amma hamı onu qovurdu. Qıraqda dişi it və iki balası da var idi. Əgər insanlar erkək itə nəsə versəydilər, mütləq onlara gətirəcəkdi... Amma kimsə heç nə vermir və itin ağzının suyu axırdı...

    Kilsənin qapısının ağzında bir yoxsul xristian da var idi. O itə, it də ona baxırdı... Çünki hər ikisinin dərdi eyni idi... Biganəlik...

    İki gün sonra Fitr bayramıdır... Ehtiyacı olanlara biganə qalmamaq ümidi ilə...