XƏBƏRLƏR / Nəqliyyat

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən xəbər veriblər

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 25 və 26 yanvar tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

    Bu barədə səhmdar cəmiyyət xəbər verir.

    Eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz.

    “Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”.