XƏBƏRLƏR / Kriminal

Bakıda kütləvi dava: 3 nəfər bıçaqlandı, saxlanılanlar var

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir

Bakıda kütləvi dava: 3 nəfər bıçaqlandı, saxlanılanlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Paytaxtın Nərimanov rayonunun Böyükşor qəsəbəsində baş verən kütləvi dava zamanı 3 nəfər – 1996-cı il təvəllüdlü Raqif Rəhimov, Ravin Xəlilov və 1998-ci il təvəllüdlü Sərvan Məsimov bıçaq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

    DİN-dən verilən məlumata görə, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb. Daha 3 nəfərin şəxsiyyəti müəyyən edilib və onların tutulması istiqamətində tədbirlər davam etdirilir.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.