Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 20-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Əli Əsədov Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib, Gürcüstanın Baş nazirinə, həmçinin həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
1 dəqiqədən az