XƏBƏRLƏR / İdman

"Benfika" "Qarabağ"la oyundan sonra Baş məşqçi ilə vidalaşıb

Brunu Lajenin istefası haqda klubun prezidenti məlumat verib

"Benfika" "Qarabağ"la oyundan sonra Baş məşqçi ilə vidalaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Portuqaliyanın "Benfika" klubu "Qarabağ"a uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan sonra baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

    Bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib.

    O, bunun üçün təəssüfləndiyini bildirib. 

    Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.

    Qeyd edək ki, "Qarabağ" səfərdə rəqibini 3:2 hesabı ilə üstələyib.