XƏBƏRLƏR / Qonşular

"Bizi başqalarına məxsus olanı sevməyə məcbur etdilər"

Bunu işğal edilmiş Qarabağ haqda Paşinyan fraksiyasından olan deputat Artur Hovhannisyan deyib

"Bizi  başqalarına məxsus olanı sevməyə məcbur etdilər"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Biz başqalarına məxsus olanı sevməyə məcbur olduq - Paşinyan fraksiyasından olan deputat Artur Hovannisyan

    Hovhannisyan Ermənistanın Azərbaycan ərazisini işğal etməsindən belə danışıb:

    "30 ildir ki, bizi başqalarına məxsus olanı sevməyə məcbur etdilər. Başqa ölkənin beynəlxalq səviyyədə tanınan torpaqlarından nə istəyirsiniz? Ermənistan küçələrində gəzəndə özünü Vanda, yoxsa İrəvanda hiss edirsiniz? Biz hamımız doğurçu Ermənistanda yaşayırıq, ona görə də diqqətimizi ölkəmizə yönəldək".

    Bu bəyanatı Ermənistan cəmiyyətində ədalət hissinin yaranması və tövbə kimi qəbul edənlər nəzərdən qaçırmasınlar ki, Hovhannisyan "məcbur etdilər", "məcbur olduq" kimi ifadələr işlədir. Yəni işğalçılıq siyasətində bütün erməni cəmiyyəti yox, onu "məcbur edən" hansısa qüvvələr günahkardır. Beləliklə, Hovhannisyan özünün və erməni xalqının azərbaycanlılara qarşı törətdiyi cinayətlərə görə yaxasını kənara çəkməyə cəhd edir və günahı başqalarının üstünə yixmağa çalışır. Hər bir Ermənistan sakini (diaspor ilə işimiz yoxdur) qonşulara qarşı işğalçılıq psixologiyasına görə üzr istəyib tövbə etməsə, onlarla sülh bağlamağa dəyməz.