XƏBƏRLƏR / Siyasət

Ceyhun Bayramov Hakan Fidanla görüşüb YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarının dəvəti ilə Ankarada səfərdədir

Ceyhun Bayramov Hakan Fidanla görüşüb YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanla görüşüb.

    “Postmünaqişə dövründə Azərbaycan və Türkiyənin mövqeyi beynəlxalq norma və prinsiplərə əsaslanır. Azərbaycan tərəfindən Ermənistana təklif olunan ölkələrin qarşılıqlı əsasda suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipindən irəli gələrək sülh sazişinin imzalanması önəm kəsb edir”.

    Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.

    O qeyd edib ki, Ermənistanın öz öhdəliklərinə zidd olaraq hərbi birləşmələrini çıxarmaması, Zəngəzur dəhlizinin açılmasına maneə törətməsi, Qarabağda yaşayan ermənilərin hüquqlarının müdafiəsi adı altında Azərbaycanın daxili işlərinə qarışması, həmçinin Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiya olunmasına maneələr yaratması bölgədə sülh və əmin-amanlığa qarşı ən vacib təhdidlər arasındadır.

    44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri olmayan səviyyədə bir həmrəylik və qardaşlıq münasibətlərinin bariz nümunəsi olub.

    APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.

    O qeyd edib ki, Türkiyə hökuməti və xalqının dəstəyi tarixi zamanda əlavə güc verib:

    “Müharibə zamanı olan mənəvi və siyasi dəstəyə əlavə olaraq, bu gün işğaldan azad olunmuş ərazilərin bərpası zamanı oraya yenidən, uzun onilliklərdən sonra həyatın qayıtdığı bir zamanda, Vətən həsrəti ilə yaşayan məcburi köçkün və qaçqınlarımızın ata-baba torpaqlarına qayıdışında, bu sülh quruculuğunda da Türkiyənin Azərbaycanın yanından olması bizim üçün çox önəmli və rəmzi məna daşıyır. Bu gün demək olar ki, o bölgələrdə bütün icra olunan layihələrdə, Azərbaycan şirkətləri ilə yanaşı, Türk şirkətlərinin iştirakı bizim üçün vacibdir”.

    Nazir Bayramov onu da əlavə edib ki, Zəngəzur dəhlizinin açılması yeni dönəmdə xüsusi aktuallıq kəsb edir.

    ***

    Azərbaycan-Türkiyə əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir.

    Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı bildirib.

    Türkiyəli nazir qeyd edib ki, bu çərçivədə TANAP və BTC başdadır: “TANAP artıq Avropanın əsas enerji təhlükəsizliyində rol oynayır. TANAP vasitəsilə gələn qazın böyük hissəsi Avropaya gedir. Qışda Avropada qazla bağlı yenə böhran ola bilər. Rusiya-Ukrayna müharibəsi bunu bir daha göstərdi.

    Azərbaycanla əlavə qaz həcmi ilə bağlı danışıqlar aparırıq. İmkanlarımızdan istifadə edərək Azərbaycanla ortaq çalışmalarımız davam edir. Bir yandan öz enerji təhlükəsizliyimizi gücləndirməklə Avropanın enerji təhlükəsizliyinə də dəstək vermək səylərimiz davam edəcək”.