"Dahilərin divanı": Fətəli xan

Bu veriliş ANS televiziyasında 04.11.2007-ci ildə çəkilib və yayımlanıb

  • Oxuma müddəti:

    1 dəqiqə

  •    Fətəli xan, Hüseynəli xanın oğlu 1736-ci ildə Quba şəhərində anadan olmuşdu. Qaytaq qumuqlarından və qacarlardan olan Azərbaycan türkü və şiə idi. Atası öldükdən sonra iyirmi üç yaşında hakimiyyətə gələn gənc Fətəli xan Quba, Dər və Salyan xanlıqlarını birləşdirərək Şərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınmışdır. Vahid Azərbaycan naminə 40 min qohum yaradan Fətəli xan Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırdı. İttifaqa gəlməyən xanlıqları birləşdirmək üçün silaha əl atmağa məcbur edilib. O, 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını xüsusi tabe etdi. Otuz illik silahlı mübarizədən sonra Fətəli xanın əsas xanlıqlarını birləşdirməyə nail oldu. Dərbəndlilər öz xanlarının zəifliyindən narazı idilər. Onlar gizlicə Fətəli xanla əlaqə saxladılar. Fətəli xan da onlara yardım göstərərək Dərbəndi aldı". Azərbaycan hərb tarixində igid sərkərdə kimi xatırlanan Fətəli 1789-ci ildə vəfat etdi. 1789-cu ildə mart ayının 22-də, 54 yaşında ikən vəfat etdi.