“Dahilərin Divanı”: Şeyx Məhəmməd Xiyabani
Bu veriliş ANS televiziyasında 18.05.2008-ci ildə çəkilib və yayımlanıb.
Şeyx Məhəmməd Xiyabani Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi olub. O, 1880-ci ildə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur.
Xiyabani öz çıxışlarında insan hüququndan və azadlıqdan danışaraq, Təbriz əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi: "Haqqı verməzlər, haqqı almaq lazımdır". Həqiqətdə Xiyabani minbəri azadlıq və demokratiyanı yaymaq üçün təbliğat kürsüsünə çevirmişdir. 1907–1911-ci illərdə Xiyabani İran totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak etmiş və mücahidlər sırasında mübarizə aparmışdır.
Güney Azərbaycan və İran tarixində ilk dəfə Demokrat Firqəsini və demokratik rejimi yaratmışdır.
Onun idarə etdiyi dövrdə bütün idarə işləri, nəşriyyat, mitinqlər və çıxışlar türk dilində aparılırdı. Şeyx Məhəmməd Xiyabani öz xalqının azadlığı və rifahla yaşaması uğrunda canını qurban verdi.