BLOQ

Elm və hədis

lk ayəsi "Oxu" olan müsəlman dünyasının aliminə olan münasibəti

Elm və hədis
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu iki məzara diqqət edin.


    1-ci (yuxarıdakı, bəzədilmiş) məşhur hədis alim Buxarinin (810-869) Buxaradakı, 2-ci (aşağıdakı) məşhur riyaziyyatçı, tarixçi, insanşünas (sosioloq), təqvimşünas, astronom Əbu Reyhan Birunin (973-1048) Əfqanıstanın (Qəznə şəhərində) məzarıdır.

    Buxarı yaşadığı dövrdə əlinə keçən hədisləri, rəvayətləri saf-çürük etmədən, zəmanəsinin böyük alimlərinə, peyğəmbər nəslindən olan imamlara müraciət etmədən minlərlə hədisi bir araya gətirərək, bu gün müsəlmanlar arasında kəskin fikir ayrılıqlarına səbəb olan 17 cildlik "Səhih Buxari" adlı kitab yazır.

    Amma Əbu Reyhan Biruni Qalileydən 600 il əvvəl yerin kürə  formasında olduğunu elan edir, Kopernikdən 500 il əvvəl Yerin Günəşin ətrafına bir il müddətində dövr etdiyini elan edir, özünün "Təfhim" adlı kitabında ayın yerə olan nisbətini, trayektoriya və təsirini izah edir, işığın zərrələrdən ibarət olduğunu elan edir və ondan 1000 il sonra Enşteyn onları "foton"adlandırır.

    O dövrün, yəni 1000 il əvvəl çox sadə cihazları ilə yerin şüalarını 6340 km olduğunu elan edir. Yəni bu günkü hesablamalarla nisbətdə cüzi fərqlə (6371 km).

    İlk ayəsi "Oxu" olan müsəlman dünyasının aliminə olan münasibəti göz qabağındadır...