XƏBƏRLƏR / Qalmaqal

Ərdoğanın baş müşaviri Oktay Saral istefaya göndərilir

Bu barədə Türkiyənin "Günebakış" nəşri və TRT Haber məlumat yayıb YENİLƏNİB

Ərdoğanın baş müşaviri Oktay Saral istefaya göndərilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:40

    TRT Haber məlumatı təsdiq edib:

    "Prezidentin baş müşaviri Oktay Saral, Azərbaycan məktəblərində tətbiq edilən hicab qadağasını tənqid etdikdən sonra vəzifəsindən azad edilib."

    ***

    19:12

    Xəbər verdiyimiz kimi Prezident R.T.Ərdoğanın baş müşaviri Oktay Saral Azərbaycan məktəblərində tətbiq edilən vahid məktəbli formasının tədbiqinə reaksiya vermişdi. Saral, kobud sürətdə qardaş ölkənin daxili işlərinə qarışdığına görə Azərbaycan hökumətinin tələbi ilə vəzifəsindən uzaqlaşdırılır. Onun sabah rəsmi istefa verəcəyi gözlənilir. Bu barədə Türkiyənin "Günebakış" nəşri məlumat yayıb. Məlum olub ki, Saral bazar ertəsi günü Azərbaycan hökumətinin tələbi ilə istefa verəcək.

    Xatırladaq ki, Azərbaycanda vahid məktəb formasının tətbiqindən sonra Oktay Saral  "X" sosial media hesabında bunlar: yazıb: “Azərbaycanda hicablı şagirdlərin təhsil almasına mane olmaq qəbuledilməzdir! Dini əqidəsinə görə hicablı şagirdi geri qaytarmaq hər hansı bir vicdana və ya ədalətə necə uyğun gələ bilər?

    Hicab maneə deyil, iman tələbidir! Təhsil hüququ heç bir ideoloji məcburiyyətə qurban verilə bilməz!

    Biz Azərbaycanın bu səhvi mümkün qədər tez bir zamanda aradan qaldıracağını gözləyirik. Gənclərin gələcəyinə mane olmaq üçün deyil, onlar üçün qapıları açmaq lazımdır. Bu dövrdə belə bir anlayışa heç vaxt dözmək olmaz!”