G7 sammitində Yaponiya Çini təhqir edib
Bununla bağlı Çin XİN Yaponiyaya etiraz edib
Çinin xarici işlər nazirinin müavini Sun Ueydun Yaponiyanın Pekindəki səfirinə G7 sammitində ölkəsini təhqir etdiyinə görə etiraz edib.
Bu barədə Çin Xarici İşlər Nazirliyi bununla bağlı rəsmi saytında etiraz mətni yayıb.
"Yaponiya digər ölkələrlə birlikdə Xirosimada keçirilən G7 tədbirlərində, eləcə də G7-nin birgə bəyanatında Çinə böhtanlar yağdırıb. Çinin daxili işlərinə bu cür kobud müdaxilə ölkənin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına xələl gətirir. Bu baxımdan, Çin kəskin narazılığını və kəskin etirazını bildirir”, - bəyanatda deyilir.
Qeyd edək ki, G7-nin sonuncu sammitində ölkələr, xüsusilə, Tayvan, Honq-Konq, Tibet və Sincan-Uyğur muxtar bölgələrindən danışıblar.