XƏBƏRLƏR / Siyasət

Ermənistan KTMT-yə maliyyə ayırmaqdan imtina edib

Bu barədə yerli mətbuat Ermənistan XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb

Ermənistan KTMT-yə maliyyə ayırmaqdan imtina edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə təşkilatın maliyyələşdirilməsinə dair sazişi imzalamaqdan imtina etdiyini bildirib.

    Bu barədə yerli mətbuat Ermənistan XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

    “Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığını və müvafiq olaraq bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini rəsmən bildirib”, - deyə Ermənistan XİN-dən bildiriblər.

    Nazirliyin məlumatına görə, KTMT-nin daxili prosedurlarına uyğun olaraq, təşkilatın illik büdcəsi haqqında məlumat ictimaiyyətə açıqlanmayacaq.

    Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini bəyan etmişdi ki, Ermənistan 2025-ci ilin sonuna qədər müvafiq rüsumları ödəməsə, KTMT-yə üzv ölkələr vəziyyətin inkişafı üçün müxtəlif ssenarilər nəzərdən keçirə bilər.