XƏBƏRLƏR / Qonşular

Ermənistan vətəndaşlarını Qarabağ problemi az maraqlandırır

Ölkə sakinləri Ermənistanın əsas probleminin adını çəkiblər

Ermənistan vətəndaşlarını Qarabağ  problemi az maraqlandırır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • MPG/Gallup Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğuya görə, Ermənistan vətəndaşlarının demək olar ki, yarısı (46,5%) respublikanın təhlükəsizliyindən qorxur. İkinci yerdə, onların fikrincə, sərhədlərin dəqiqləşdirilməsi problemi (37,3%), üçüncü yerdə isə müharibə təhlükəsi (29,4%) dayanır.

    Vətəndaşların cəmi 14,8%-i Ermənistanın əsas problemi kimi Dağlıq Qarabağ ətrafındakı vəziyyəti qeyd edib.

    Lakin MPG/Gallup Beynəlxalq Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə əsasən Ermənistan vətəndaşlarının 94%-dən çoxu Qarabağ ermənilərinin Azərbaycanın tərkibində milli azlıq kimi mövcudluğunu mümkünsüz hesab edir.

    - 88,9% bunu tamamilə qeyri-mümkün hesab edir. Bu rəqəm 9 yanvar 2023-cü il tarixinə olan eyni göstəricidən çoxdur.
    - 5,5% bunu qeyri-mümkün hesab edir.
    - 2,7% daha çox ehtimal hesab edir.
    - 1,1% mümkün hesab edir.
    - 1,8% suala cavab verməkdə çətinlik çəkib.

    Aprelin 26-dan 30-dək Ermənistanda telefonla keçirilən sorğuda 1100 respondent iştirak edib.