XƏBƏRLƏR / Siyasət

Ermənistanla sərhədimizdə "binokl şou" 2 il də davam edəcək

Bu qərarı Avropa İttifaqının Brüsseldəki səfirləri qəbul edib

Ermənistanla sərhədimizdə "binokl şou" 2 il də davam edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aİ-nin Brüsseldəki səfirləri Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı qərarı təsdiqləyiblər, buna əsasən avropalı müşahidəçilər Ermənistanın sərhədyanı rayonlarında daha iki il, 2027-ci il fevralın 19-dək qalacaqlar.

    Bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

    Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 xarici və 44 erməni üzv.

    Ermənistandakı missiyanın fikrincə, bu qərar yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.

    Rəsmi açıqlamaya görə, missiyanın müşahidə zonası bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanır.