XƏBƏRLƏR / Diplomatiya

Gürcüstan XİN rəhbəri Maka Boçorişvili Azərbaycana gəlir

Ənənəyə uyğun olaraq, Gürcüstan XİN rəhbəri ilk rəsmi səfərini Azərbaycana edir YENILƏNİB

Gürcüstan XİN rəhbəri Maka Boçorişvili Azərbaycana gəlir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri bu gün Azərbaycana ilk rəsmi səfərinə yola düşür. Yaranmış ənənəyə uyğun olaraq, Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri ilk rəsmi səfərini Azərbaycana edir.

    İki günlük səfər çərçivəsində Maka Boçorişvili azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə təkbətək və geniş tərkibdə görüşəcək, daha sonra birgə mətbuat konfransı keçirəcək.

    Boçorişvili iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclasında da iştirak edəcək.

    "İlin əvvəlində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin Bakıya ilk rəsmi səfərinin olması vacibdir." Bunu Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze deyib.

    Onun sözlərinə görə, bu görüşlər ölkələr arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə töhfə verəcək.


    "Azərbaycan Gürcüstan üçün strateji tərəfdaş və dost ölkədir. Ölkələrimiz arasında əlaqələr dinamik şəkildə inkişaf edir. İlin əvvəlində Gürcüstanın xarici işlər naziri xanım Maka Boçorişvilinin Bakı şəhərinə ilk rəsmi səfərinin olması vacibdir. Bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub. İkitərəfli münasibətlərin bütün spektri, o cümlədən siyasi, ticari-iqtisadi, mədəni və humanitar məsələlər müzakirə olunacaq. İnanıram ki, bu görüşlər ölkələr arasında münasibətlərin stimullaşdırılmasına, möhkəmlənməsinə kömək edəcək və təbii ki, yeni mərhələyə yüksəldəcək” - deyə səfir bildirib.