XƏBƏRLƏR / Hadisə

Hacıqabulda qəza olub, iki nəfər ölüb YENİLƏNİB

Hadisə günorta saatlarında Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində qeydə alınıb

Hacıqabulda qəza olub, iki nəfər ölüb YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:45

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barəd FHN-dən məlumat verilib.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-21011” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

    Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə “VAZ-21011” markalı minik avtomobilinin sıxılı vəziyyətdə qalan sürücüsü 1956-cı il təvəllüdlü Abbasov Samir Malik oğlunun və bir nəfər (qadın cinsli) sərnişinin meyitləri avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində “VAZ-21011” markalı minik avtomobilinin bir nəfər (qadın cinsli) sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    ***

    14:48

    Hacıqabul rayonu ərazisində minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzasında ölənlər və xəsarət alan olub.

    Hadisə günorta saatlarında Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində qeydə alınıb. Hadisə zamanı “Hyundai” markalı və “VAZ” markalı avtomobillər toqquşub. Qəza nəticəsində Sabir Malik oğlu Abbasov və Nəcabət Nəbi qızı Abasova hadisə yerində ölüblər. Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şəhər Şöbəsi üzrə təhvil verilib.

    Hadisə zamanı xəsarət alan Tutuxanım Abbasova Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirlib. Faktla bağlı araşdırma aparılır