BLOQ

Hər gün Güneyə gənclərin cəsədləri gəlir...

Hər gün eyni nalə, eyni səhnələr... Eyni...

Hər gün Güneyə gənclərin cəsədləri gəlir...
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əfqanıstan, Pakistan sərhədində atışma azalmır. Suriyada ölənlərin tabutları kəndbəkənd paylaşdırılır. Nəzarətdə saxlanılır.
    Şəhidlərin çoxu Azərbaycandandır.

    Təbriz, Ərdəbil, Meşkin, Zəncan, Urmu, Əhər uşaqlarıdır.

    Dəfn mərasimləri trafaret, əzbərçi, teatral, növbətçi ssenarilər ilə keçirilir. Burada fərdi yanaşma mümkün deyil.
    Konveyer üsullu təbliğat... Eyni məzar daşları... Eyni mərsiyələr, eyni mollalar... Eyni qara çadralar...
    Total itaət. Aşura dramaturgiyasından kənar burada heç nə yoxdur.

    Əsl şiəlik İmam Mehdi sevdasılı, ünvanlı olmalıdır...Ancaq İranda zəmanəmizin İmamı barədə əsla danışmazlar. Sərf etmir.

    Videonu izləyin. Birinə baxdınızmı? Yetər. Qalanları da eynidir. Eyni.