Heyli ABŞ prezidentliyinə namizəd olmadı,Trampı dəstəkləmədi
Bu barədə o, televiziya çıxışında bəyan edib
Nikki Heyli ABŞ prezidentliyinə namizəd olmaqdan imtina etdiyini açıqlayıb.
“Bütün ehtimalla, Donald Tramp partiyamızın iyulda keçiriləcək qurultayında Respublikaçılar Partiyasının namizədi olacaq. "Onu təbrik edirəm və ən yaxşısını arzulayıram" deyib.
Müşahidəçilər qeyd edirlər ki, Heyli namizədliyini geri götürsə də, tərəftarlarını Donald Trampa səs verməyə çağırmayıb.
ABŞ Prezidenti Co Bayden 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində prezidentlik yarışından kənara çıxan respublikaçı Nikki Heyli tərəfdarlarının Donald Trampı deyil, onu dəstəkləyəcəyinə ümid etdiyini bildirib.