Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşüb
Prezidentin köməkçisi ilə Ermənistan TŞ katibinin görüşünə Aİ, Fransa və Almaniya nümayəndələri qoşulub
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin rəisi Hikmət Hacıyev bu gün Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşüb. Görüşdə Aİ rəhbəri və Fransa və Almaniya liderlərinin müşavirləri də iştirak ediblər.
Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləyişinə dair konkret addımlar, o cümlədən delimitasiya, təhlükəsizlik, kommunikasiya və humanitar məsələlər müzakirə edilib.
"Sputnik Armenia" xəbər verir ki, görüşdə Aİ-nin mövqeyi belə olub: Qranada danışıqlarında İrəvan və Bakı Praqa və Brüsseldə əldə olunmuş razılaşmalar əsasında bir-birlərinin ərazi bütövlüyü və suverenliyinin tanınmasına sadiq olduqlarını açıq şəkildə təsdiqləməlidirlər.