İranın Gilan vilayətində fəaliyyət göstərən narkoloji mərkəzdə baş verən yanğın nəticəsində 32 nəfər ölüb, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bu barədə Gilan valisinin müavini (ostandar) Məhəmməd Cəlali məlumat verib. O bildirib ki, yanğının baş vermə səbəbi araşdırılır.
Hazırda yanğın söndürülüb. Xüsusi xidmət orqanları hadisə yerində araşdırma aparırlar.