İraqda İranın dəstəklədiyi silahlıların bazası dağıdılıb
Bu barədə anonim mənbələr AFP-yə məlumat verib
İraqda İran tərəfdarı olan silahlı birləşmələrin bazasına hücum edilib.
Bu barədə anonim mənbələr AFP-yə məlumat verib.
“Kataib Hizbullah”ın 47-ci briqadasının yerləşdiyi obyektə hücum olunub.
İddialara görə, zərbələr nəticəsində azı iki nəfər həlak olub, beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hücumun kimin tərəfindən təşkil edildiyi barədə məlumat verilməyib.
1 dəqiqədən az