İrəvanda daşnaklar Türkiyə bayrağını yandırdı
Erməni nasistləri Azərbaycan bayrağını yandırmasalar da, revanşist pankartlar qaldırıblar
İrəvanda erməni nasistləri qondarma "soyqırımın" il dönümü ərəfəsində Türkiyənin bayrağını yandırıblar.
Yürüşü hərbi cani Köçəryanın puluna nasist Daşnaksutyun partiyası təşkil edib.
Maraqlıdır ki, yaxınlaşan parlament seçkilərinə görə təşkilatçilar həmişə olduğu kimi Azərbaycan bayrağını yandırmağa cürət etməyiblər.

Bunun əvəzinə keçirilən nasist məşəl yürüşünün iştirakçıları üzərində ingilis dilində "Biz qayıdacağıq!" yazısı olan revanşist banner nümayiş etdiriblər.
Ermənistan Baş nazirinin sözçüsü Nazeli Baqdasryan qeyd edib ki, "Nikol Paşinyan İrəvanda Daşnaksutyun tərəfindən təşkil edilən məşəl yürüşünün iştirakçılarının Türkiyə bayrağını yandırmasını açıq-aşkar təxribatçı və təhrikedici davranış hesab edir.
Baş nazir Paşinyan bu cür davranışı qınayır, məsuliyyətsiz və qəbuledilməz hesab edir. Dövlət başçısı tərəfindən beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağını yandırılmasını fərqli qiymətləndirmək olmaz".
1 dəqiqə