İrəvanda Daşnaktsutyun partiyasını qadağan etmək istəyirlər
Deputat Akop Aslanyan daşnakları anti-xalq partiyası hesab edir
Ermənistanda Daşnaksütyunu qadağan etməyə çağırlar: Bu, antixalq partiyasıdır.
Ermənistan parlamentinin hakim “Mülki Müqavilə”dən olan deputatı Akop Aslanyan “Daşnaksütyun”un fəaliyyətinin dayandırılmasının zəruriliyini bəyan edib. Onun "Hraparak" nəşrinə dediyi sözlərinə görə, o, belə bir prosesə - başlamaq niyyətindədir.
Aslanyan qeyd edib ki, 1998-ci ildə Daşnak partiyasının fəaliyyətinin dayandırılması ilə bağlı qərar ləğv ediləndə partiyalar haqqında qanuna əsasən, onun keçirdiyi qurultaydan sonra fəaliyyətini bərpa etməli idi.
Xatırladaq ki, 1994-cü ildə prezident Levon Ter-Petrosyanın fərmanı ilə daşnakların fəaliyyəti siyasi partiyalar haqqında qanunu pozmaq ittihamı ilə dayandırılmışdı. Ter-Petrosyanın devrilməsindən sonra Robert Köçəryan daşnakları Ermənistanın siyasi meydanına qaytardı.
“Daşnaksütyun fəaliyyətini dayandırmalıdır, çünki o, antierməni təşkilatıdır. Bunu təkcə mən deyil, bir çox tanınmış adamlar da deyir” deyən Aslanyan əlavə edir ki, “daşnakların casusluq fəaliyyəti haqqında daha çox öyrənmək üçün materiallar toplayır”.
“Cəmi bir neçə ildən sonra Daşnaksütyun ölü partiya kimi siyasi səhnədən gedəcək”, - Aslanyan bildirib.