İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanır
Bu barədə AS nəşri məlumat yayıb
İspaniya Kral Futbol Federasiyası (RFEF) mill komandanın baş məşqçisi Luis de la Fuente ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.
Bu barədə AS nəşri məlumat yayıb.
Mütəxəssisin hazırkı sözləşməsi 2028-ci il Avropa çempionatının sonunda başa çatacaq. RFEF onunla anlaşmanın müddətini 2030-cu ilədək uzatmaqda maraqlıdır. Tərəflər arasında danışıqların yaxın aylarda başlanacağı gözlənilir.
Qeyd edək ki, Luis de la Fuente 2022-ci ilin dekabrında İspaniya millisinin baş məşqçisi vəzifəsində Luis Enrikeni əvəz edib. İspanlar onun rəhbərliyi altında UEFA Millətlər Liqasının, AVRO-2024-ün və dünya çempionatının qalibi olub.
1 dəqiqədən az