
18:24
İstanbulda baş verən zəlzələ nəticəsində 17 nəfər xəsarət alıb.
Bunu İstanbul valisi Davud Gül deyib.
Onun sözlərinə görə, yaralananlar həyəcanlanaraq özlərini binadan ataraq xəsarət alıblar.
Vali zəlzələ nəticəsində heç bir dağıntının qeydə alınmadığını da qeyd edib.
***
16:34
"Zəlzələdən sonra İstanbulda tələfat qeydə alınmayıb".
Bunu İstanbul valisi Davud Gül Mərmərə dənizində baş verən 5 maqnitudalı zəlzələ ilə bağlı açıqlamada deyib.
Vali əlavə edib ki, rəsmi qurumlar vəziyyəti nəzarətdə saxlayır.
***
16:12
Bu gün İstanbulda 5 bal gücündə zəlzələ olub.
Bu barədə AFAD (Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.